Mütəxəssislər Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyünün vəziyyəti barədə nə rəy verdilər?

Mütəxəssislər Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyünün vəziyyəti barədə nə rəy verdilər?
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssisləri Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyünün vəziyyəti ilə tanış olmaq üçün Lənkərana səfər edib. Siasport.az saytı xəbər verir ki, böyük britaniyalı mütəxəssislər ot örtüyünün 2011-ci il sentyabrın 6-a qədər lazımi səviyyəyə çatdırılmasının mümkün olmaması barədə rəy veriblər. Bunu nəzərə alaraq, AFFA rəhbərliyi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Lənkəran şəhər Mərkəzi stadionunda keçirilməli olan Azərbaycan – Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunması ilə bağlı UEFA-ya müraciət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə