"Arsenal" Fabreqası "Barselona"ya satmağa məcbur oldu...

"Arsenal" Fabreqası "Barselona"ya satmağa məcbur oldu...

Nəhayət ki, İngiltərənin "Arsenal" futbol klubunun ispaniyalı ulduz futbolçusu Sers Fabreqas, bundan sonrakı futbol həyatını vətənində davam etdirməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, onsuz da "Arsenal"da qalmaq istəməyən və "Barselona"ya getmək üstündə neçə müddətdir ki, klub rəhbərliyi ilə dava-dalaş salan S.Fabreqas, artıq çamadanlarını yığışdırmaq havası ilə yaşayır. "Topçular"ın rəhbərliyi klubda qalmaq istəməyən və bu azmış kimi "Arsenal" futbolçuları arasında nizam-intizam qaydalarını da pozmağa çalışan bu futbolçunun "Barselona"ya satılmasına qərar verib. Dünən klubun rəhbərliyi baş məşqçi Arsen Vengerin də fikrini öyrənəndən sonra bu qərara gəlib. Belə demək mümkünsə biz yaxın müddətdə S.Fabreqası "Barselona"da görə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə