Roberto Karlosdan "Bakı" klubuna diqqət

Roberto Karlosdan "Bakı" klubuna diqqət

Mahaçqalanın "Anji" klubunun şərəfini qoruyan braziliyalı futbol ulduzu Roberto Karlos şəxsən imzaladığı futbol geyimini "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədova hədiyyə edib. Siasport.az saytı xəbər verir ki, futbolun inkişafında göstərdiyi xidmətlərə görə klub rəhbərinə təşəkkür edən Roberto Karlos bu kiçik sovqatla diqqət və ehtiramını ifadə edib.

Cari mövsümdən "Anji"nin heyətində yer alan canlı futbol əfsanəsi qısa bir müddətdə bütün Qafqaz azarkeşlərinin sevimlisinə çevrilib. Roberto Karlosun ölkəmiz və Azərbaycan futboluna hörmət bəsləməsi əvvəldən də məlum idi. Braziliyalı müdafiəçi klub prezidentinə ünvanladığı bu jestlə bir daha xalqımıza olan ehtiramını nümayiş etdirmiş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə