Milli komandamızın Makedoniya ilə oyununda meydana çıxan "Bakı" klubunun iki futbolçusu zədələnib. Siasport.az saytı xəbər verir ki, Elvin Məmmədov oyunun ilk yarısında rəqib futbolçu ilə toqquşmada zədə alıb və 26-cı dəqiqədə meydanı tərk etməli olub.
İkinci hissədə isə Fabio Luis Ramimin də zədələnməsi 73-cü dəqiqədə əvəzlənməsi ilə nəticələnib. XX Azərbaycan çempionatının ikinci turunun "Bakı"-"Simurq" oyunu öncəsi komandanın iki üzvünün zədələnməsi və təxminlərə görə 3 həftə müddətində sıradan çıxması qələbə əzminə təsir etməyib. "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov xəbəri şərh edərkən Fabio Luis Ramim və Elvin Məmmədovun sıradan çıxmasına münasibət bildirib: "Hər mövqeyə layiqli əvəz var. Əlbəttə, İki futbolçumuzun zədələnməsi bizi məyus edir, ancaq bu amil planlarımıza təsir etməyəcək. "Bakı" meydana ancaq qələbə üçün çıxır. Bu dəfə də istisna olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB