Yığmamız Avropa çempionatının güclülər divizionuna daxil olmağa çalışır

Yığmamız Avropa çempionatının güclülər divizionuna daxil olmağa çalışır
Azərbaycanın basketbol üzrə kişilərdən ibarət milli yığması Avropa çempionatının güclülər divizionuna daxil olmağa çalışır. Siasport.az saytı xəbər verir ki, bunun üçün Elxan Əliyevin yetirmələri "B" divizionunun "B" qrupunda ilk iki yerdən birini tutmalıdırlar.
İkinci dövrədə Azərbaycan basketbolçularının ilk rəqibi Albaniya komandası olacaq. Bu yarımqrupda birinci yeri tutan komanda pley-off mərhələsində "A" divizionunda çıxış etmək uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, həmin yarımqrupda İsveç, Rumıniya və Belarus komandaları yarışır. Azərbaycan yığması ilə Albaniya komandasının görüşü avqustun 12-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.
Budəfəki görüş komandalar arasında ikinci oyun olacaq. Birinci matç ötən il Tiranada keçirilmişdi. Həmin oyunda Azərbaycan yığması 81:63 hesabı ilə inamlı qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə