Hakan Şükür: "Arda Turan gələcəkdə "Barselona" və "Real"da oynaya bilər"
İstanbulun "Qalatasaray" futbol klubunun 24 yaşlı kapitanı Arda Turanın İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunması, qardaş ölkədə hələ də ciddi müzakirə mövzusudur. Siasport.az saytı xəbər verir ki, bu dəfə türk futbolunun kralı sayılan, həmçinin "Qalatasaray"ın əfsanə kapitanı olan Hakan Şükür də bu transfer barədə fikirlərini açıqlayıb.
Hazırda Türkiyənin hakim AK Partiyasının xətti ilə deputat seçilən və parlamentdə fəaliyyət göstərən H.Şükür, A.Turanın "Atletiko Madrid" futbol klubuna transferini çox doğru bir qərar kimi qiymətləndirərək, onun böyük bir perspektivə malik futbolçu olduğunu açıqlayıb. "Radyaspor"a açıqlama verən H.Şükür, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin də A.Turanı çox sevdiyini, ulduz futbolçunun məhz F.Terimə görə İspaniya klubuna gec transfer olduğunu da diqqətə çatdırıb. Türkiyədəki bir sıra klub rəhbərlərinin yanlış transferlər edərək türk futboluna böyük zərbələr vurduğlarını deyən H.Şükür, A.Turanın gələcəkdə "Real Madrid", "Barselona" kimi futbol klublarında oynaya biləcək gücdə olduğunu da sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB