"Qalatasaray" Abdul Kader Keytanı geri qaytarır?

"Qalatasaray" Abdul Kader Keytanı geri qaytarır?

İstanbulun "Qalatasaray" futbol klubu daha bir keçmiş ulduz futbolçusunu geri qaytarır. Siasport.az saytı xəbər verir ki, 2009-20110-cu il futbol mövsümündə "Qalatasaray"ın heyətində çıxış etmiş Abdul Kader Keyta keçmiş klubuna qayıtmağa çox yaxındır. Belə ki, İstanbul klubunun Qətərin "Al Sadda" futbol klubuna 8 milyon 150 min avroya satdığı fildişi sahillərindən olan futbolçu da yenidən İstanbul nəhəngində forma geyməyə çox müsbət yanaşır. Türkiyə mətbuatı yazır ki, baş məşqçi Fatih Terim də bu futbolçunu sərəncamında görmək istəyir. Məlumata əsasən, "cim bom" rəhbərliyi bu gündən başlayaraq Qətər klubu ilə A.K.Keytanın transferi üçün danışıqlara başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə