AZAL klubu etiraz bəyanatı yayıb. Siasport.az saytı bəyanatı olduğu kimi nəzərinizə çatdırır:
"Son vaxtlar ölkə idman mətbuatında AZAL Peşəkar futbol Klubu ilə bağlı səhv və qərəzli məlumat yayılmaqdadır. Ölkə çempionatının 1-ci turunun "Simurq" - AZAL oyunundan sonra klub prezidenti Vaqif Qasımovun komandadaxili problemlərdən danışarkən dediyi sözlərin təhrif olunaraq oxuculara çatdırılması bizdə hədsiz narazırlıq yaradıb. AZAL PFK-nın prezidenti V aqif Qasımov guya "Simurq"la oyunqabağı yaranmış problemlər haqda fikrini bildirərkən "gördüm ki, oyunçu yoxdur, Nuqzarı qoydum müdafiəyə" ifadəsini işlədib. Halbuki Vaqif Qasımov bu fikirləri umumi mənada işlədib və məşqçilərin heyətlə bağlı problemlərlə üzləşdiyini, onların bəzi oyunçuların mövqeyində etdiyi məcburi dəyişiklikləri söyləyib. İş ondadır ki, həmin açıqlamını götürən müxbirin AZAL PFK-nın prezidenti Vaqif Qasımovun həqiqətən də həmin ifadəni işlətdiyinə dair heç bir sübutu da yoxdur. Klubumuzun mətbuat xidmətinin apardığı araşdırma da bunu təsdiq etdi. Bu səbəbdən məlumatın heç bir dəqiqləşdirmə aparılmadan bütün idman qəzet və saytlarında olduğu kimi dərc olunmasını, bəzi idman yazarlarının deyilməyən sözlərlə komandadaxili ab-havanı korlamağa çalışmasını və bunu rəhbər-məşqçi qarşıdurması kimi təqdim etmək istəməsini AZAL PFK-ya qarşı qərəzli mövqe hesab edirik. Xüsusən mətbuatla ünsiyyətə həmişə açıq olan, jurnalistlərlə münasibətdə səmimi və obyektiv mövqe tutan Vaqif Qasımovun "məşqçinin işinə qarışan, heyət və taktika məsələlərinə müdaxilə edən" rəhbər kimi təqdim olunmasını qətiyyətlə pisləməklə yanaşı, həmkarlarımızdan kluba və onun məşqçilərinə qarşı hörmət tələb edirik. Bildirək ki, Vaqif Qasımovun rəhbərlik etdiyi AZAL PFK məşqçilərin fəaliyyət sərbəstliyinə malik olması, peşəsindən irəli gələn hüquq və tələlərini həyata keçirməsi baxımından bəlkə də hamıya nümunədir. Mətbuata və jurnalistlərin peşə bacarıqlarına bir daha hörmətimizi bəyan etməklə bərabər, bir müxbirin diqqətsizliyi nəticəsində yol verdiyi xətanın düzəldilməsini xahiş edirik".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB