"Qarabağ" klubunun son zamanlar zədə epidemiyasına tutulduğunu xəbər vermişdik. Vüqar Nadirovun ardından Rəşad Sadiqov və Maksim Medvedevin sıradan çıxdığı və Premyer Liqada "İnter"lə debüt edəcək maçtda oynamayacağı öncədən məlum idi. Siasport.az saytı xəbər verir ki, Azərbaycan millisinin heyətində Makedoniyaya qarşı mübarizə aparmış Əfran İsmayılov da meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Əfran tibbi müayinədən keçib. 23 yaşlı yarımmüdafiəçi durumu belə dəyərləndirib: "Oyun zamanı sol dizimdə, arxa tərəfdə ağrı hiss etdim. Vəziyyətin ciddi olduğunu görüb əvəzlənməmi istədim. Bu gün tibbi müayinədən keçdim. Şükürlər olsun ki, analiz elə də ciddi bir şey müəyyənləşdirmədi. 1-2 gün mümkün qədər yükləmədən qaçmalıyam. Son zamanlar komandamızın üzvləri zədədən əziyyət çəkir. Qabaqdan "İnter" kimi güclü rəqiblə oyun gəlir. İstəmərəm ki, komandamı bu oyunda yalnız qoyum. Maksimum çalışacam ki, bazar gününə kimi hazır olum və komandama kömək edim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB