“Xəzər Lənkəran” Antonio Semedo ilə müqavilə bağladı

“Xəzər Lənkəran” Antonio Semedo ilə müqavilə bağladı

"Xəzər Lənkəran" Futbol Klubu daha bir futboçunu heyətinə qatıb. Siasport.az saytı xəbətr verir ki, 32 yaşlı portuqaliyalı futbolçu Antonio Paulo Sançes Semedo klubla bir il müddətinə müqavilə imzalayıb.

Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən təcrübəli futbolçu karyerasının böyük hissəsini vətəninin "Estrela Amadora" klubunda keçirib. Semedo həmçinin bir neçə mövsüm Rumıniya çempionatında "ÇFR", "Styaua" və "Unirea" klublarının heyətində top qovub. Çıxış etdiyi son klub isə Kipr çempionatının təmsilçisi "Alki Larnaka" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə