\"Neftçi\"nin futbolçusu Slavço Georgievski Makedoniya yığmasının heyətində çıxış edib. Siasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan milli komandası ilə oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib: \"Maraqlı oyun keçdi. Azərbaycan yığmasından fərqli, milli komandamız qol şansından istifadə etdi. Azarkeşlərə minnətdaram ki, doğma komandalarını bu cür dəstəkləyirlər. Azərbaycan yığmasının oyununa şərh verməyim düzgün çıxmazdı. Makedoniya milli komandasına gəlincə, məncə, oyunumuz yaxşı alındı. Şəxsən mən razı qaldım\" - deyə Georgievski vurğulayıb.
Qeyd edək ki, orta xətt oyunçusu 2003-cü ildən Makedoniya milli komandasının heyətində 21 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB