"Neftçi" PFK-nın futbolçusu Fəhmin Muradbəyli İspaniyanın Barselona şəhərində fərqlənib. Siasport.az saytı xəbər verir ki, dünyanın ən güclü klublarından olan "Barselona"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak etməklə yanaşı, bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayan yeniyetmə futbolçu 8 qolun müəllifi olub.
Qeyd edək ki, "Neftçi" PFK-nın U-15 komandasından əvəzedici heyətinə cəlb olunan istedadlı futbolçu avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB