Deyəsən İspaniyanın "Barselona" futbol klubu avqustun 14-də əzəli rəqibi olan "Real" ilə superkubok qarşlaşmasına ciddi itkilərlə çıxacaq. Siasport.az saytı xəbər verir ki, buna səbəb, İtaliya - İspaniya yoldaşlıq görüşündə "Barselona"nın aparıcı müdafiəçisi Jerar Pike zədələnərək meydanı tərk etməsidir. Matçın 45-ci dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib və meydanı vaxtından əvvəl tərk etməli olub. Hələlik 24 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum olmasa da, Pikenin "Real"a qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB