"AS": "Arda Turanın "Qalatasaray"dan getməsində ən böyük rolu sevgilisi Sinem Kobal oynayıb"

"AS": "Arda Turanın "Qalatasaray"dan getməsində ən böyük rolu sevgilisi Sinem Kobal oynayıb"
İstanbulun "Qalatasaray" futbol klubundan İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan Arda Turan barədə İspaniya mətbuatı yazılar dərc etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, ispaniyalı həmkarlarımızın "Türkiyənin Maradonası", "İstanbulun Bekhemi" kimi obrazlaşdırdıqları 24 yaşlı futbolçunun Madrid təmsilçisinə transfer olunması, bu ölkənin mətbuatında müzakirə mövzusuna çevrilib.
İspaniyanın məşhur "AS" qəzeeti isə yazır ki, A.Turanın "Atletiko Madrid"ə transfer olunmasında ən başlıca rolu onun sevgilisi Sinem Kobal oynayıb. Bu cütlüyün daima Türkiyə mətbuatının hədəfində olduqlarını yazan "AS", sevgililərin rahat yaşamaq üçün yeganə çıxış yolu kimi Madridi seçdiklərini qeyd edir. A.Turanın burada sevgilsi ilə rahat və səbəst həyat yaşayacaqlarını qeyd edən ispaniyalı həmkarlarımız, bundan daha çox "Atletiko Madrid" klubunun qazanacağını düşünür. Qəzet yazır ki, bu rahat şərait, A.Turanın yeni klubu üçün yaşıl meydanlarda daha yaxşı və güclü mübarizə aparmasına kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə