"Real" daha bir ulduzu heyətinə qatır!

"Real" daha bir ulduzu heyətinə qatır!

Joze Maurinyo daha bir həmyerlisini Madrid "Real"ına gətirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Atletiko Madrid" və "Çelsi" futbol klublarının da transfer siyahısında olan "Porto"nun kolumbiyalı ulduz futbolçusu Radamel Falkao gələn mövsümdən "Real"ın formasını geyinməyə çox yaxındır. J.Maurinyonun ciddi şəkildə sərəncamında görmək istədiyi kolumbiyalı futbolçu ilə "Real"ın prinsipial razılaşma əldə etdiyi və həttda Portuqaliya təmsilçisnə 40 milyon avro təzminat ödəməyə razı olduğu da verilən xəbərlər sırasındadır. İspaniya mətbuatı yazır ki, "Porto"lu ulduz futbolçunun məhz "Real"ın təklifinə görə, "Çelsi"nin illik 5.7 milyon avro əmək haqqı təklifini də rədd edib. 2015-ci ilə qədər "Porto" ilə müqaviləsi olan futbolçunun artıq gələn ildən "Real"da forma geyəcəyini onun meneceri də təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə