Boksçularımız Avropa birinciliyində tam heyətlə mübarizə aparacaqlar

Boksçularımız Avropa birinciliyində tam heyətlə mübarizə aparacaqlar
Boks üzrə gənclərdən ibarət milli komandamız avqustun 22-də İrlandiyanın paytaxtı Dublində start götürəcək gənclər arasında Avropa birinciliyində tam heyətlə mübarizə aparacaq. Siasport.az saytı xəbər verir ki, yığmamızın baş məşqçisi Şamil AlimcanovKamran Məlikov (49 kq), Tural Əhmədov (52 kq), Şaban Şahpələngov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Hüseyn Qasımov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərova (91+kq) şans verib. Avqustun 27-dək davam edəcək yarışda 38 ölkənin dəri əlcək ustalarının iştirak etməsi gözlənilir.Komandamız Dublinə avqustun 20-də yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə