Arda Turan "Atletiko Madrid" formasında!

Arda Turan "Atletiko Madrid" formasında!

İstanbulun "Qalatasaray" futbol klubundan İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan Arda Turan, yeni klubunun formasında şəkil çəkdirib. Siasport.az saytı xəbər verir ki, 24 yaşlı milli futbolçu dünən futbol üzrə Türkiyə və Estoniya millilərinin "Türk Telekom Arena"dakı yoldaşlıq oyunu zamanı da "Qalatasaray" azarkeşlərinin böyük sevgisi ilə qarşılaşıb. "Cim bom" azarkeşləri əllərində "yaxşı yol böyük kaptan" yazılmış pankartlar tutaraq A.Turana sevgilərini çatdırıblar. xatırladaq ki, bu gün saat 14:20-də A.Turan mətbuat konfransı keçirərək tramsferi ilə bağlı danışacaq və İspaniyaya yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə