"Dalğa Arena"da Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçi oyun haqqında fikirlərini bildiriblər: Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdlırır:
Berti Foqts: "Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik. Buraxdığımız bir səhv məğlubiyyətimizə səbəb oldu. Beynəlxalq oyunlarda belə səhvləri bağışlamırlar. Nəticənin oyuna görə olub-olmadığını deməkdə çətinlik çəkirəm".
Boban Babunski: "Bizi yoldaşlıq oyunu üçün Bakıya dəvət etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Düşünürəm ki, güclü komandaya qarşı oynadıq. Rəqibimizin son 3 ildəki oyunlarını araşdırmışdıq. Azərbaycan millisi düzgün yoldadır. Ötənilki ilə indiki Azərbaycan yığması arasında böyük fərq var. Qələbə qazanmağımızın əsas səbəbi müdafiədə düzgün oynamağımızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB