Mərkəzi arenadakı obyektlər sökülür

Mərkəzi arenadakı obyektlər sökülür
Tofiq Bəhramov adına Respbulika stadionunda təmir işlərinin başlaması barədə xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, etibarlı mənbənin fanat.az-a verdiyi məlumata görə, yenidənqurma işləri bir sıra obyektlərin bağlanmasına səbəb olacaq.
Belə ki, stadionun yeni dizaynına uyğun olmayan ticarət obyektləri, restoranlar və digər tikililər sökülücək. Artıq bununla bağlı qərar qəbul olunsa da, hələlik obyekt sahiblərinə məlumat verilməyib.

Qeyd edək ki, təmir-bərpa və yenidənqurma işlərini Koreya şirkəti aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə