Deyəsən İtaliyanın İnter" futbol klubunun hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderin ürəyi "Mançester Yunayted"lə döyünür. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, o jurnalistlərə verdiyi açıqlamasında, açıq şəkildə "Mançester Yunayted"də oynamaq istədiyini dilinə gətirməzdi: "Doğrudur, mən "Mançester Yunayted"də oynamaq istəyirəm. Ancaq hələ ki, ingilis təmsilçisi mənim üçün "İnter"ə rəsmi təklif göndərməyib. Mənim "Mançester Yunayted"lə qeyri-rəsmi danışığım olub. Lakin bu, kifayət etmir. Bununla belə, transfer pəncərəsinin avqustun 31-də bağlanacağını nəzərə alsaq, hələ ümidim qalır. İnanıram ki, o vaxta qədər mənim də məsələm öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB