Oguz Çətin Azərbaycanı yaddan çıxara bilmir...

Oguz Çətin Azərbaycanı yaddan çıxara bilmir...

Deyəsən türkiyəli futbol mütəxəssisləri bizləri heç cür unuda bilmirlər. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Quus Hiddinkin əsas köməkçisi olan Oğuz Çətin yenə Azərbaycan barədə danışmazdı. Belə ki, O.Çətin, AÇ-2012-nin seçmə mərhələsində Türkiyə millisinin şanslarını dəyərləndirərkən yenə Azərbaycana məğlubiyyət barədə danışıb: "Belçika ilə oyunda bərabərə qalaraq qrupdan çıxmaq yolunda önəmli bir addım atdıq. Bununla belə, hələ qarşıda 4 oyunumuz var. Əsas görüşümüz isə səfərdə Avstriyaya qarşı olacaq.
Bu oyunda qazanacağımız qələbə və ya 1 xal bizim yolumuzu daha da açacaq. Buna görə də, qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Qrup ikinciliyindən sonra "play-off" oyunlarına tam hazır olmalıyıq. Ən yaxşı qrup ikincisi olmaq şansımız isə çox azdır. Məhz Azərbaycana məğlubiyyət bu yöndə ciddi əngəl oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə