Londondakı iğtişaşlar üzündən Hollandiya-İngiltərə oyunu təxirə salındı!
İngiltərədə 29 yaşlı bir gəncin polis tərəfindən öldürülməsindən sonra bütün İngiltərədə başlanan gərginlik futbola da təsirsiz ötüşmədi. Siasport.az saytı xəbər verir ki, İngiltərə Futbol Federasiyası (İFF) bu axşam oynanılması nəzərdə tutulan İngiltərə-Hollandiya qarşılaşmasını təxirə salıb. Bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, yoldaşlıq oyunu çərçivəsində keçirilməsi nəzərdə tutulan qarşılaşmanın təxirə salınmasının əsas səbəbi, ilk növbədə Londonda başlanan qarışıqlığın dəhşətli xarakter alması və xuliqan qrupların oyunun keçiriləcəyi stadionda xoşagəlməz təxribatlar törətmək ehtimalının çox yüksək olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB