"Qalatasaray" Arda Turanı "Atletiko Madrid"ə satdı, Andrey Arşavini İstanbula gətirir!

"Qalatasaray" Arda Turanı "Atletiko Madrid"ə satdı, Andrey Arşavini İstanbula gətirir!
Nəhayət ki, "Qalatasaray"ın 24 yaşlı kapitanı olan Arda Turan arzusuna çatdı. Siasport.az saytı xəbər verir ki, dünən gecə İstanbul klubunun rəhbərliyi təcili toplanaraq "Qalatasaray"da qalmaq istəməyən 24 yaşlı kapitanın İspaniyanın "Atletiko Madrid" futbol klubuna satılmasına qərar verib. Belə ki, artıq bu gündən etibarən A.Turan artıq "Qalatasaray"a deyil, "Atletiko Madrid" futbol klubuna məxsus olan bir futbolçudur. "Qalatasaray" A.Turanın satışından 12 milyon avro qazanmaqla yanaşı, İspaniya təmsilçisinin UEFA Çempionlar Liqasına qatılması halında da 1 milyon avro da xəzinəsinə əlavə etmiş olacaq. Artıq A.Turanın transferi ilə bağlı bütün sənədləşmələr imzalanıb.
Bu arada İstanbul klubunun dərhal da "Arsenal"ın rusiyalı futbolçusu Andrey Arşavin ilə danışıqlara başladığı və konkret razılıq əldə etdiyi bildirilir. Türkiyə mətbuatı, artıq gələn həftə A.Arşavinin İstanbula gələcəyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə