Bunu \"Qalatasaray\"ın prezidenti Ünal Aysal Lig TV-yə açıqlamasında etiraf edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, \"Ardanın əməkhaqqını 50% artırdıq. Amma o, yenə də getmək istəyir. Buranı bəyənmədiyi və ya qazancın azlığından deyil, Avropada oynamaq üçün getmək istəyir. Odur ki, bu istəyin qarşısını kəsmək fikrində deyilik. Bu məsələ bu gün bitəcək\", - deyə prezident bildirib.
Aysal baş məşqçi Fatih Terimin də Ardanın komandada qalmasını istədiyini və rəhbərliyin bunun üçün əlindən gələni etdiyini söyləyib: \"Əgər futbolçu getməyi çox istəyirsə, bizim edə biləcəyimiz heç nə yoxdur. Onun istəyinə hörmətlə yanaşmalıyıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB