\"Quss Hiddinq Türkiyə futbolunda baş verənlərdən danışdı

\"Quss Hiddinq Türkiyə futbolunda baş verənlərdən danışdı

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Quss Hiddinq jurnalistlərə bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol mütəxəssisi bildirib ki, \"Fənərbaxça\", \"Beşiktaş\" və digər futbol klublarının adlarının çirkli oyun qalmaqallarında çəkilməsi, bütövlükdə Türkiyə futbolunun beynəlxalq səviyyədə hörmətdən düşməsinə səbəb olub. Q.Hiddinq diqqətə çatdırıb ki, sabah Estoniya ilə keçirəcəkləri yoldaşlıq oyunu, eyni zamanda türk futbolunun imici baxımından da olduqca böyük əhəmiyyət daşıyır. Bu ağır vəziyyətdə futbol üzrə Türkiyə milli komandasının üzərinə böyük bir məsuliyyətin düşdüyünü deyən Q.Hiddinq, milli komandanın futbolçularının da bu məsuliyyəti yaxşı dərk etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə