“Xəzər Lənkəran” azarkeşləri kluba 2000 manat ziyan vurdular

“Xəzər Lənkəran” azarkeşləri kluba 2000 manat ziyan vurdular
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, İntizam Komitəsi müvafiq maddələrə əsasən, klubları cərimələyib:


6 avqust 2011-ci il tarixində XX Azərbaycan Premyer Liqasının I turunun "Xəzər Lənkəran" – "Sumqayıt Şəhər" matçının 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

6 avqust 2011-ci il tarixində XX Azərbaycan Premyer Liqasının I turunun "Kəpəz" – "Rəvan" matçının 59-cu və 78-ci dəqiqələrində "Kəpəz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur(maddə 52).

7 avqust 2011-ci il tarixində XXAzərbaycanPremyer Liqasının I turunun "Qəbələ" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur(maddə 40).

7 avqust 2011-ci il tarixində XXAzərbaycanPremyer Liqasının I turunun "Simurq" – AZAL matçının 40-cı dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İqbekoyi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).Oyunun 67-ci dəqiqəsində "Simurq" klubunun 13 №-li futbolçusu Aleksandr Şemonayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur(maddə 37.1).

6 avqust 2011-ci il tarixində XXAzərbaycanPremyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Neftçi" – "Qarabağ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olnur(maddə 40).

6 avqust 2011-ci il tarixində XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Simurq" – AZAL matçının 24-cü dəqiqəsində "Simurq" klubunun 8 №-li futbolçusu Nəsib Əliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (yüz) manat cərimə olunur(maddə 48).Oyunun 40-cı dəqiqəsində "Simurq" klubunun 22 №-li futbolçusu Bəxtiyar Gözəlov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (yüz) manat cərimə olunur(maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня