Bakının "İnter" futbol klubu heyətinə yeni oyunçu cəlb edib. Siasport.az saytı xəbər verir ki, paytaxt klubunun son transferlərindən biri Avstriyanın "Mattersburq" klubunun müdafiəçisi, slovakiyalı Peter Krappan olub.
26 yaşlı futbolçu 2006-cı ildən legioner həyatı yaşayır. O, 2006-2009-cu illərdə Avstriyanın "Ştadlau", 2009-2011-ci illərdə isə "Mattersburq" klublarının formasını geyinib. Karyerasının yüksəliş dövrünün "Mattersburq"un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı futbolçu bu klubun forması ilə 56 dəfə meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB