Azərbaycan şahmatçıları “Bakı-Open”də liderlərdən yarım xal geri qalırlar

Azərbaycan şahmatçıları “Bakı-Open”də liderlərdən yarım xal geri qalırlar

Xəbər verdiyimiz kimi, Novxanı qəsəbəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş "Bakı-Open" beynəlxalq şahmat turniri keçirilir. Turnirdə 14 ölkədən 73 şahmatçı iştirak edir.
Siasport.az saytı xəbər verir ki, bu yarış dünya üzrə İsveçrə sistemi ilə keçirilən ən güclü turnirlərdən biri sayılır. Turnirin 24 iştirakçısı beynəlxalq qrossmeysterdir, 5 şahmatçının reytinqi 2700 və daha yuxarıdır.
Üç turdan sonra üç xal toplayan Yevgeni Romanov (Rusiya), Lazaro Bruzon Batista (Kuba), Sergey Jiqalko (Belarus), Mixeil Mçedlişvili (Gürcüstan) və İvan Çeparinov (Bolqarıstan) turnirin liderləridir. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli liderlərdən yarım xal, Anar Allahverdiyev, Loğman Quliyev, Ayaz Məmmədov, Cahangir Ağarəhimov, Şəhriyar Rəhmanov, Ülvi Bacarani, Kənan İzzət və Bəhruz Rzayev bir xal geri qalırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə