Andre Santos "Fənərbaxça"nın müdafiəsinə qalxdı!

Andre Santos "Fənərbaxça"nın müdafiəsinə qalxdı!

İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı ulduz futbolçusu Andre Santos bir sıra açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, son günlər İspaniyanın "Barselona" futbol klubunun da transfer siyahısında olduğu deyilən A.Santos, "Fənərbaxça"nın futbol oyunlarının qanunsuz alqı-satqısında ittiham olunmasını gülüşlə qarşıladığını və bundan acı təəsüf hissləri keçirdiyini açıqlayıb. Braziliyalı futbolçu bütün oyunları alın təri ilə qazandıqlarını önə sürərək, hər bir qarşılaşmanı qazanmaq üçün hər bir "Fənərbaxça"lı futbolçinin böyük zəhmət və gərgin əmək sərf etdiklərini diqqətə çatdırıb.A.Santos, "Fənərbaxça"nın hər zaman Türkiyənin lider klub olduğunu və bununla da qürur duyduqlarını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə