Bu gün Aeroport oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının futbolçuları Elvin Məmmədov, Vurğun Hüseynov və Aqil Nəbiyev avqustun 10-da Makedoniya yığması ilə keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini bildiriblər. Siasport.az saytı futbolçuların fikirlərini nəzərinizə çatdırır:
.jpg)
Elvin Məmmədov: "Oyuna yaxşı hazırlaşmışıq. Yaxşı nəticə əldə edə biləcəyimizə inanıram. Bir müddətlik fasilədən sonra yenidən milliyə döndüm. Çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim".
.jpg)
Vurğun Hüseynov: "Çox yaxşı kollektivimiz var. Gözəl ab-havada hazırlaşırıq. Yoldaşlıq görüşü olsa da, qələbə qazanmaq istəyirik. Fikrimcə, əzmkar, mübariz oynasaq, buna nail ola bilərik".

Aqil Nəbiyev: "Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq. Yenidən milliyə qayıtdığım üçün şadam və oynamağa hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB