Berti Foqts: "İlk dəqiqlərdən sürətli, aqressiv futbol nümayiş etdirib, rəqibə öz oyununu diktə etməyə imkan verməməliyik"

Berti Foqts: "İlk dəqiqlərdən sürətli, aqressiv futbol nümayiş etdirib, rəqibə öz oyununu diktə etməyə imkan verməməliyik"

Bu gün Aeroport oteldə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Siasport.az saytı B.Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırır: "Makedoniya yığması ilə ötən il keçirdiyimiz oyundan nəticə çıxarmalıyıq. Həmin qarşılaşmada elə təəssürat yaranmışdı ki, sanki biz gənc komandayıq, peşəkarlara qarşı oynayırıq. Bu çatışmazlığı sabah aradan qaldırmalıyıq. İlk dəqiqlərdən sürətli, aqressiv futbol nümayiş etdirib, rəqibə öz oyununu diktə etməyə imkan verməməliyik.

Bu təlim-məşq toplanışında bir çox futbolçular iştirak etmir. Vaqif Cavadov bir ildə üç klub dəyişir. Bu səbəbdən ona bir qədər vaxt verməli oldum. Elvin Məmmədova isə ilk dəqiqələrdən şans verəcəyəm. Onun hazırkı durumunu görmək istəyirəm. Ufuk Budaq da ikinci hissədə meydana daxil ola bilər. Ona əsasən müdafiənin sol cinahında yer verəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə