Tofiq Bəhramov adına Respublika stadionunda təmir işlərinə başlanılıb. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, artıq arenada nəzərdə tutulan işlərə yekun vurulub. Təmir və yenidənqurma işləri bir neçə ay davam edəcək.
Təmir işləri üzündən hətta milli komanda bu il üçün nəzərdə tutulan oyunlarını başqa yerdə keçirməli olacaq. Belə ki, yığmamızın yalnız sentyabrın 2-də AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşmasını mərkəzi arenada keçirmək mümkündür. Sentyabrın 6-da Qazaxıstanla, oktyabrın 7-də isə Avstriya ilə seçmə mərhələ, həmçinin noyabrın ayına nəzərdə tutulmuş yoldaşlıq oyununu bu stadionda keçirmək mümkün olmayacaq. Bu variantı bir neçə ay əvvəldən fikirləşən AFFA-nın Qazaxıstanla oyunu Lənkəran şəhər stadionunda, digər qarşılaşmaları "Dalğa Arena"da keçirmək qərarına gəldiyi deyilir.
Millinin oyunlarından fərqli olaraq "Neftçi" və "Bakı"nın Premyer Liqadakı ev matçlarını mərkəzi arenada keçirməsi mümkün olacaq. Belə ki, beynəlxalq oyunlarda təmir gedən stadionda oyun keçirməyə icazə verilməsə də, milli çempionatda bununla bağlı problem yoxdur. Buna görə də "Neftçi" və "Bakı" ev oyunlarını "Tofin Bəhramov"da keçirə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB