İradə Aşumova Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

İradə Aşumova Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatı davam edir. Sisport.az saytı xəbər verir ki, Azərbaycan idmançısı İradə Aşumova çempionatda uğurla çıxış edərək 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İ.Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb. Bu nəticə ilə atıcımız mükafatçılar sırasına düşə bilməsə də, London Olimpiadasına vəsiqəni təmin etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə