Ağabala Ramazanov: "Məqsədim "Neftçi"nin əsas komandasında çıxış etməkdir"-AÇIQLAMA
"Neftçi" PFK-nın əvəzedici heyəti Azərbaycan çempionatının ilk turunda "Qarabağ" klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Siasport.az saytı xəbər verir ki, qollardan ikisinin müəllifi, adı "Neftçi" PFK-nın əsas komandasının sifariş vərəqəsinə daxil edilən Ağabala Ramazanov klubun rəsmi saytına açıqlama verib: ""Neftçi"də gənc futbolçulara daim diqqət və qayğı var. Buna görə klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Mənə etimad göstərib, "Neftçi"nin əsas heyətinə dəvət etdiyi üçün baş məşqçi Böyükağa Hacıyevə minnətdaram. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Əvəzedici heyətdə komandamın qələbəsində rol oynadığım üçün çox şadam. Lakin məşqlərə əsas heyətlə birgə qatılıram. Məqsədim "Neftçi"nin əsas komandasında çıxış etməkdir. Buna görə də məşqlərdə səylə çalışıram. İnşallah, tezliklə arzuma çataram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB