"Xəzər Lənkəran"ın razılaşdığı legionerlər kimlərdir?

"Xəzər Lənkəran"ın razılaşdığı legionerlər kimlərdir?
"Xəzər Lənkəran" bir neçə gündü Bakıda olan əcnəbilərlə danışıqları yekunlaşdırıb. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, ölkə xaricindən çağırılan və bir neçə gündür "Palmali"nin Bakı ofisində danışıqlar aparılan futbolçularla maliyyə məsələlərində razılıq əldə olunub.
Məlumatlara görə, Lənkəran klubu yeni futbolçularla bir illik müqavilə imzalamağı razılaşdırıb. Onların keçidi bu gün rəsmiləşə bilər.
Qeyd edək ki, klub rəhbərliyi yeni oyunçuların kimliyi barədə açıqlama vermir. Amma müəyyən informasiyalara görə, bunlar "Barselona"nın B komandasında 103, A komandasında 1 oyun keçirmiş, İspaniyanın "Alaves", "Salamanka", "Numansiya", "Mursiya", "Kadiz", "Girona", "Kastellon" klublarında və U-16, U-17, U-19 yığmalarında oynamış Mario Rosas, Portuqaliyanın "Kasa Pia", "Estrela", Rumıniyanın ÇFR (Kluj), "Styaua", "Unirea" (Urziçeni), Kiprin "Alki" klublarında forma geyinmiş Antonio Paulo Sançes Semedo və İspaniyanın "Seviliya" klubunda çıxış etmiş Dani ləqəbli futbolçulardır.

Bütün xəbərlər Facebook səhifəmizdə