"Qarabağ" klubu hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Premyer Liqada "İnter"lə oyunda debüt edəcək komanda hazırlıqlarını Suraxanı stadionunda keçir. Amma komanda heç də tam heyətlə çalışa bilmir. Belə ki, əsas millimizə yollanan Rəşad Sadıqov, Əfran İsmayılov və Rauf Əliyevlə yanaşı, Admir Teli və Ansi Aqolli Albaniya millisinin düşərgəsinə qoşulub. Vüqar Nadirov və Rəşad Sadiqov zədə səbəbindən komandadan ayrı düşüb. Vüqarın zədəsi öncədən məlum idisə, kapitan "Brügge" ilə oyunda ayaq bağlarından zədə alıb. Rəşadın 3 gün sonra məşqlərə başlaması gözlənilir. Nderim Nedzipi isə atasının səhhətiylə bağlı yaranmış problemlə əlaqədar olaraq vətəninə yollanıb.
Komandamızın məşqi 19:00-a nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB