"Neftçi" PFK-nın 3 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov Makedoniya yığması ilə "Dalğa Arena"da keçiriləcək yoldaşlıq oyununda iştirak etmək üçün milli komandaya çağırılıblar. Avqustun 10-da baş tutacaq həmin oyun saat 20:00-da başlanacaq.
Flaqmanın daha 4 üzvü isə Azərbaycanın 21 yaşadək yığma komandasına dəvət alıb. Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyev və Ruslan Qurbanov avqustun 9-da keçiriləcək Estoniya - Azərbaycan yoldaşlıq görüşündə iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB