"Dar ağacında olsam da son sözüm "Fənərbaxça" olacaq!"

"Dar ağacında olsam da son sözüm "Fənərbaxça" olacaq!"

Metris həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, "sarı lacivərtli" azarkeşlərə təşəkkür məktubu göndərib. Siasport.az saytı xəbər verir ki, dünən futbol oyunlarının qanunsuz alqı-satqısı ittihamı ilə həbsxanada saxlanılan klub rəhbərliyinə dəstək nümayiş etdirmək üçün Kadıköydən Metris həbsxanasına qədər izdihamlı yürüş edən yüzlərlə "Fənərbaxça" azarkeşi Ə.Yıldırımı çox təsirləndirib. Klubun rəsmi internet səhifəsində. Ə.Yıldırımın öz vəkili vasitəsi ilə göndərdiyi təşəkkür məktubunda klub rəhbərinin azarkeşlərin bu vəfasından son dərəcədə təsirlədiyi və bunu heç zaman yaddan çıxarmayacağı ifadə olunub. Ə.Yıldırım sözlərini "Dar ağacında olsam da yenə son sözüm"Fənərbaxşa" olacaq" sözləri ilə yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə