Fəhmin Muradbəyli Barselonada keçirilən yoxlama oyunlarında meydana çıxıb
\"Neftçi\" PFK-nın futbolçusu Fəhmin Muradbəyli iyulun 31-dən İspaniyanın Barselona şəhərindədir. Siasport.az saytı xəbər verir ki, yeniyetmə futbolçumuz dünyanın ən güclü klublarından olan \"Barselona\"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edir. Muradbəyli məşqlərlə yanaşı, bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayıb.
Qeyd edək ki, \"Neftçi\" PFK-nın U-15 komandasından əvəzedici heyətinə cəlb olunan istedadlı futbolçu avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB