Artıq İtaliya Superkubokunu qazanan klubun da adına aydınlıq gəlib. Siasoprt.az saytı xəbər verir ki, uzaq Çində, 80 min çinli futbol azarkeşlərinin qarşısında İtaliya Superkuboku uğrunda mübarizədə üz-üzə gələn \"İnter\" və \"Milan\" münasibətlərə aydınlıq gətiriblər. Düzdür, qarşılaşma \"Milan\" üçün xoşagəlməz şəkildə başlayıb.
Belə ki, qarşılaşmanın 22-ci dəqiqəsində Şneyder gözəl qol vuraraq \"Milan\"ı cəzalandırıb, 1:0. Amma \"İnter\"in qələbə sevinci, ən yaxşı halda ikinci hissəyədək çəkib. Çünki 2-ci hissə başlayan kimi sabiq \"İnter\"li olan Zlatan İbrahimoviç, mükəmməl zərbə ilə hesaba tarazlıq gətirib. 1:1.
Qarşılaşmanın 69-cu dəqiqəsində isə Boateng ikinci topu \"İnter\"in qapısından keçirərək hesabı \"Milan\"ın xeyirnə dəyişib, 2:1. Bununla da 6-cı dəfə Kubok qazanan \"Milan\", eyni zamanda İtaliya Superkubokunu ən çox qazanan klub kimi də tarixə düşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB