"Mançester Yunayted"in əfsanəsi futbol ilə vidalaşdı...

"Mançester Yunayted"in əfsanəsi futbol ilə vidalaşdı...
İngiltərənin "Mançester Yunayted" futbol klubunun əfsanə futbolçularından olan Paul Skoles, "Ol Trayford"da ABŞ-ın "Nyu York Kosmos" klubu ilə qarşılaşmada yaşıl meydanlara "əlvida" deyib. Siasport.az saytı xəbər verir ki, 74 min 732 azarkeşin izlədiyi qarşılaşmada möhtəşəm təntənə ilə futbola "əlvida" deyən 36 yaşlı P.Skoles, koryerası ərzində "Mançester Yunayted" forması ilə 676 dəfə meydana çıxaraq 150 qol vurub. Bundan sonra da "qırmızı şeytan" olaraq qalacağını deyən əfsanəvi futbolçu, bundan sonrakı həyatını ailəsinə sərf edəcəyini dilə gətirib.
"Qırmızı şeytanlar"ın şotlandiyalı baş məşqçisi Ser Aleks Fergusyon isə bildirib ki, P.Skoles çoz özəl bir futbolçu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə