Zəngilan rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib

Zəngilan rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib
Binəqədi rayonu ərazisində yerləşən 4 saylı Zəngilan məktəbinin idman zalında Azərbaycanda futbolunun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Zəngilan rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak edib. Yarışların nəticələrinə görə I yeri "Çinar" komandası, II yeri "Uğur" komandası, III yeri "Araz" komandası tutub. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilib, həmçinin məktəbə torlar və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə