Ebouenin \"Qalatasaray\"a transfer olunması \"Arsenal\"da göz yaşlarına səbəb olub?
Sən demə \"Arsenal\"ın forvardı Emmanuel Ebouenin İstanbulun \"Qalatasaray\" futbol klubuna transferinin reallaşması, bu klubda böyük təəsüflə qarşılanıb və \"topçular\"ım üzüntüsünə səbəb olub. Siasport.az saytı xəbər verir ki, komanda yoldaşlarına qarşı mehriban davranması ilə, həmçinin şən zarafatları və qayğıkeşliyi ilə seçilən E.Eboueni itirəcəklərinə görə üzülən \"Arsenal\"lı futbolçular, bunu həzm edə bilmirlər.
\"The Quardian\" qəzeti yazır ki, həttda Fabreqas başda olmaqla \"Arsenal\"ın bir çox futbolçuları bu transferin reallaşmasına qarşı çıxıblar. İngilis qəzeti yazır ki, E.Ebouenin baş məşqçi Arsen Vengerin gözündən düşməsinə əsas səbəb, keçən mövsümün aprelində \"Liverpul\" ilə qarşılaşmada bu futbolçunun qaydanı pozaraq \"topçular\"ın qapısına 11-metlik cərimə zərbəsinə səbəb olmasıdır. O zamandan bəri sən demə bu E.Eboue fransız futbol mütəxəssisinin \"qara siyahısında\" imiş. Belə görünür ki, indi onu \"Qalatasaray\"a satmaqla A.Venger canını bu futbolçudan qurtarmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB