Çimərlik futbolu üzrə turnir keçirilib

Çimərlik futbolu üzrə turnir keçirilib
AFFA Futbol Mərkəzində yerləşən çimərlik futbolu stadionunda AFFA, Milli Olimpiya Komitəsi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə mini-turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnir 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının təbliği məqsədilə təşkil olunub. 6 komandanın mübarizə apardığı yarışın qalibi adını mətbuat nümayəndələrindən təşkil olunmuş komanda qazanıb. Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə