İstanbulun "Qalatasaray" futbol klubunun tarixində ən bahalı qolkiper olan uruqvaylı Fernando Muslera, dünən İstanbula gəlib. Siasport.az saytı xəbər verir ki, Atataürk hava limanında "Qalatasaray"lı azarkeşlər tərəfindən alqışlarla qarşılanan 25 yaşlı uruqvaylı qolkiper, elə axşam saatlarında da klubun təlim-məşq toplanışına qatılıb. Təlim-məşq toplanışından sonra GSTV-yə müsahibə verən uruqvaylı qolkiper, böyük bir futbol klubuna transfer olunduğunu və bundan məmnunluq duyduğunu dilə gətirib.
"Qalatasaray"ın daima Avropanın ən böyük klublarından biri olduğunu yaxşı bildiyini deyən F.Muslera, bu klubun sonadək mübarizə aparmaq prinsipini xüsusi ilə bəyəndiyini açıqlayıb. "Qalatasaray" tərəfdarlarına salamlarını çatdıran F.Muslera, onları əmin edib ki, "cim bom"un qapısı artıq etibarlı əllərdədir. Var gücü ilə meydanda mübarizə aparacağına söz verən F.Muslera, "Qalatasaray" ilə çempionluq sevinci yaşamaq istədiyini də sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB