"Fənərbaxça" azarkeşləri Əziz Yıldırımı dəstəkləmək üçün yürüş keçirdilər...

"Fənərbaxça" azarkeşləri Əziz Yıldırımı dəstəkləmək üçün yürüş keçirdilər...

Futbol üzrə Türkiyə Superliqasında qanunsuz oyun alqı-satqıları həyata keçirmək üzrə ittiham olunaraq hazırda Metris həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım və klubun digər rəhbər şəxslərinə dəstək əlaməti olaraq dünən "Fənərbaxça" futbol klubunun yüzlərlə azarkeşi yürüş keçiriblər. Siasport.az saytı xəbər verir ki, Salı Pazarı adlanan ərazidən müxtəlif maşınlar və motosikllərlə yürüş edən yüzlərlə "sarı lacivərtlilər", Metris həbsxanasının qarşısında Ə.Yıldırımın və həbsxanada olan başqa "Fənərbaxça" rəhbərlərinin eşidə biləcəkləri tonda ucadan şüarlar səsləndiriblər. Yalnız polisin ciddi müdaxiləsindən sonra azarkeşləri həbsxanaın ətrafından dağıtmaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə