Milli komandanın açıq məşqi keçiriləcək

Milli komandanın açıq məşqi keçiriləcək

Avqustun 9-da, saat 10:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, həmin gün saat 12:00-da, Aeroport oteldə millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.

Hər iki tədbirdə iştirak etmək istəyən mətbuat nümayəndələri üçün AFFA tərəfindən nəqliyyat ayrılacaq. Jurnalistləri tədbirlərə aparmaq üçün nəzərdə tutulmuş avtomobil avqustun 9-da, saat 9:15-də AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə