“Bakı Open-2011” Beynəlxalq şahmat turniri başlayıb

“Bakı Open-2011” Beynəlxalq şahmat turniri başlayıb
Novxanıda "AF HOTEL" istirahət mərkəzində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş "Bakı Open-2011" Beynəlxalq şahmat turniri başlayıb. Siasport.az saytı xəbər verir ki, turnirin ilk günündə Azərbaycan şahmatçılarından Anar Allahverdiyev, Sərxan Quliyev, Ayaz Məmmədov, Loğman Quliyev, Rauf Məmmədov, Nicat Ağayev, Nərmin Xələfova, Nicat Abbasov, Ülvi Bacarani, Şəhriyar Həsənov, Eltac Səfərli, Elnur Əliyev və İzzət Kənan görüşlərini qələbə ilə başa vurublar. Orxan Abdulov, Xəyalə İsgəndərova, Sənan Dövlətov, Təbriz İdrisov, Şəhriyar Məmmədyarov, Rəsul İbrahimov, Kənan Heydərov və Şücayət Orucov rəqibləri ilə sülh bağlayıblar.
Qeyd edək ki, "Bakı Open-2011" Beynəlxalq şahmat turnirində 17 ölkədən 77 idmançı mübarizə aparır. Turnir İsveçrə sistemi keçirilir. Yarış 9 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə