Almaniya Bundesliqasında 2011-2012 mövsümünə start verilib. Siasport.az saytı xəbər verir ki, mövsümün açılış turunun oyunlarına yekun vurulub.
Açılış oyunu Dortmundda keçirilib və son çempion "Borussiya" meydana çıxıb. "Borussiya" ilk turda "Hamburq"u qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Borussiya"nın heyətində Kevin Qrosskreuts dubl edib, Mario Qotse bir qol vurub. "Hamburq"un yeganə qoluna isə Robert Teşçe imza atıb.
"Volfsburq" "Köln"ü, "Ştutqart" "Şalke 04"ü 3:0, "Verder" "Kayzerslautern"i 2:0, "Hannover 96" "Hoffenhaym"ı 2:1, "Nürnberq" isə "Herta"nı 1:0 hesabı ilə yenib. "Auqsburq" - "Frayburq" oyununda qalib müəyyənləşməyib - 2:2.
"Bayer" öz meydanında "Maynt 05"ə uduzub. "Bavariya" isə doğma meydanda Münhenqlabax "Borussiya"sına yenilib - 0:1. Bu oyun "Bavariya"nın bir sıra rekordlarına son qoyub. Belə ki, Münhen klubu 10 ildən - 2001-2002 mövsümünün açılış oyunundan sonra ilk dəfə mövsümə məğlubiyyətlə başlayıb. Maraqlıdır ki, həmin qarşılaşmada da "Bavariya"nı bu gün məğlub olduğu komanda yenmişdi. Bu "Bavariya"nın tarixində "Borussiya"ya öz meydanında ikinci məğlubiyyəti olub. Münhenqlabax təmsilçisi ilk və sonuncu dəfə Münhendə "Bavariya"ya 1995-ci ildə qalib gəlmişdi.
Almaniya
Bundesliqa
I tur
5 avqust
Borussiya D - Hamburq 3:1
Kevin Qrosskreuts, 17; 48. Mario Qotse, 29 - Robert Teşçe, 79.
6 avqust
Köln - Volfsburq 0:3
Qollar: Patrik Helmes, 17; 90+1. Marcel Şkafer, 85.
Verder - Kayzerslautern 2:0
Qollar: Markus Rusenberq, 60; 81.
Ştutqart - Şalke 04 3:0
Qollar: Kakau, 37. Martin Harnik, 56. Şinji Okazaki, 89.
Auqsburq - Frayburq 2:2
Qollar: Saşa Mölders, 54; 81 - Papiss Sisse, 48. Kedrik Makiadi, 56.
Hannover 96 - Hoffenhaym 2:1
Qollar: Yan Şklaudraff, 15. Mohammed Abdellaoue, 30-pen - Seyad Salihoviç, 18.
Herta - Nürnberq 0:1
Qol: Tomas Pexart, 80.
7 avqust
Maynts 05 - Bayer 2:0
Qollar: Sami Allaguy, 32. Ömer Toprak, 86 (avtoqol).
Bavariya - Borussiya M 0:1
Qol: İqor de Kamarqo, 62.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB