Akademik avarçəkənlərimiz yeniyetmələr arasında dünya çempionatında çıxış ediblər

Akademik avarçəkənlərimiz yeniyetmələr arasında dünya çempionatında çıxış ediblər

Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı 2 qayıq tipində 3 idmançı təmsil edib.

1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə Avropa birinciliyinin gümüş mükafatçısı Boris Yotov 10-cu yeri tutub. Yarımfinal yürüşündə 16 yaşlı avarçəkənimiz finişə 7 dəqiqə 11,51 saniyəyə çatıb. Bu nəticə ilə təmsilçimiz 5-ci olub. O, ilk "3-lüy"ə düşə bilmədiyindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Yotov 7 - 12-ci yerlərdən birini nəzərdə tutan B finalında çıxış edib. Avarçəkənimiz bu dəfə finişə 7 dəqiqə 27,93 saniyəyə çataraq 4-cü olub. Beləliklə, Boris Yotov ilk dəfə qatıldığı dünya birinciliyini 10-cu pillədə başa vurub.

2 nəfərlik qoşa avarlı qayıqla (JM2X) mübarizə aparan Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə 22-ci yerlə kifayətlənib. C (D) yarımfinalında 2000 metr məsafəni 7 dəqiqə 11,30 saniyəyə qət edən avarçəkənlərimiz D finalında 7 dəqiqə 10,74 saniyə nəticə göstəriblər. Bu nəticə ilə azərbaycanlı cütlük yalnız gürcüstanlı Levan Birkaya – Arçil Bayaşvili duetini (7:26.75) üstələyə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə